AZ

Gürcüstan DTX-nin rəhbəri Bakıda qapalı görüşlər keçirdi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze sentyabrın 19-21-də Azərbaycanda səfərdə olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, III Bakı Təhlükəsizlik Forumunda iştirak edib.

DTX-nin yaydığı məlumata əsasən, M.Mdinaradze 10-a yaxın ölkənin nümayəndələri ilə qapalı formatda görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub.

M.Mdinaradzenin Azərbaycana səfəri başa çatıb.


Seçilən
5
3
sherg.az

4Mənbələr