AZ

Gürcüstan DTX-nin rəhbəri Bakıda qapalı görüşlər keçirdi

TBİLİSİ, 22 sentyabr. TELEQRAF

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze Azərbaycanda səfərdə olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, III Bakı Təhlükəsizlik Forumunda iştirak edib.

DTX-nin yaydığı məlumata əsasən, M.Mdinaradze 10-a yaxın ölkənin nümayəndələri ilə qapalı formatda görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub.

M.Mdinaradzenin Azərbaycana səfəri başa çatıb.

Seçilən
4
3
teleqraf.com

4Mənbələr