AZ

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib - Pərviz Şahbazov

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan regionda Xəzər dənizini beynəlxalq sərmayədarlara açan və Xəzərdən Aralıq dənizi, Qara dəniz və Adriatikə enerji dəhlizləri yaradan ilk ölkə olmuşdur: "Bu günədək Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Azərbaycandan 540 milyon ton neft, Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft dünya bazarlarına nəql olunub".

Seçilən
0
1
day.az

2Mənbələr