AZ

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib - Nazir

Bakı. Trend:

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞdollarından çox xarici investisiya cəlb edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziriPərviz Şahbazov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan regionda Xəzər dənizini beynəlxalqsərmayədarlara açan və Xəzərdən Aralıq dənizi, Qara dəniz vəAdriatikə enerji dəhlizləri yaradan ilk ölkə olmuşdur: "Bu günədəkBakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə Azərbaycandan 540 milyon tonneft, Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft dünyabazarlarına nəql olunub".

Seçilən
3
1
az.trend.az

2Mənbələr