AZ

Tranzit yükdaşımaların həcmi 14,5 milyon tona çatıb

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2024-cü ildə ölkədə tranzit yükdaşımaların həcmi 14,5 milyon tona çatıb.

Bu barədə Bakıvaxtı.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Hesablamalara görə, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 21,8% artıb. Bu, 2023-cü ildəki göstəricidən 8,4% çoxdur və 2019-cu ilin göstəricisini isə 2,5 dəfə üstələyir.

2023-cü illə müqayisədə avtomobil daşımalarının həcmi 11%, dəmir yolu daşımalarının həcmi 6%, hava daşımalarının həcmi isə 12% artıb.

Xüsusilə, dəmir yolu ilə tranzit yükdaşımaların həcmi 2022-ci ildə 7,4 milyon ton təşkil etdiyi halda, 2023-cü ildə 6,7 milyon tona enib, 2024-cü ildə isə 7,0 milyon tona yüksələrək 2023-cü illə müqayisədə 5,6% artım nümayiş etdirib. Avtomobil daşımalarının həcmi 2022-ci ildə 4,3 milyon tondan 2024-cü ildə 7,2 milyon tona qədər yüksələrək 10,5% artıb. Hava daşımaları isə 2022 və 2024-cü illərdə 0,3 milyon ton təşkil edib, 2023-cü ildə isə kiçik azalma ilə 0,2 milyon tona enib; ümumilikdə 2024-cü ilə qədər hava daşımalarında 25,6% artım qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
5
bakivaxti.az

6Mənbələr