AZ

2024-cü il ərzində Azərbaycandan keçən tranzit yüklərin ümumi həcmi açıqlandı

Bakı. Trend:

Azərbaycanın əlverişli coğrafi və strateji mövqeyininmöhkəmləndirilməsinə yönəlmiş proqram və layihələrin uğurla icrasınəticəsində ölkədə tranzit yükdaşımaların həcmi 2024-cü ildə 14,5milyon tona çatıb.

Bu haqda TrendAzərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinəistinadən xəbər verir.

Hesablamalara görə, Azərbaycan ərazisindən keçən nəqliyyatdəhlizləri üzrə tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə21,8% artıb. Bu, 2023-cü ildəki göstəricidən 8,4% çoxdur və 2019-cuilin göstəricisini isə 2,5 dəfə üstələyir.

2023-cü illə müqayisədə avtomobil daşımalarının həcmi 11%, dəmiryolu daşımalarının həcmi 6%, hava daşımalarının həcmi isə 12%artıb.

Xüsusilə, dəmir yolu ilə tranzit yükdaşımaların həcmi 2022-ciildə 7,4 milyon ton təşkil etdiyi halda, 2023-cü ildə 6,7 milyontona enib, 2024-cü ildə isə 7,0 milyon tona yüksələrək 2023-cü illəmüqayisədə 5,6% artım nümayiş etdirib. Avtomobil daşımalarınınhəcmi 2022-ci ildə 4,3 milyon tondan 2024-cü ildə 7,2 milyon tonaqədər yüksələrək 10,5% artıb. Hava daşımaları isə 2022 və 2024-cüillərdə 0,3 milyon ton təşkil edib, 2023-cü ildə isə kiçik azalmailə 0,2 milyon tona enib; ümumilikdə 2024-cü ilə qədər havadaşımalarında 25,6% artım qeydə alınıb.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

6Mənbələr