AZ

Suriya Prezidenti ABŞ-a rəsmi səfər edib -1967-ci İLDƏN BƏRİ İLK DƏFƏ...

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.


Bu barədə "Syria TV" məlumat yayıb. Qeyd olunub ki, bu, 1967-ci ildən bəri Suriyadan ABŞ-a Prezident səviyyəsində ilk rəsmi səfərdir.

 

Məlumata görə, səfərdə Əl Şaraanı dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışı məsələlərinin müzakirəsi üçün imkan yaradacaq.

 

24 sentyabrda Əl Şaraa BMT Baş Assambleyasının tribunasından çıxış edəcək. "CBS News" kanalının Ağ Evdəki müxbiri Cennifer Ceykobs bildirib ki, sessiya çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Suriya lideri arasında görüş planlaşdırılır.

 

Xatırladaq ki, Tramp mayın 14-də Əl Şaraa ilə Ər-Riyadda danışıqlar aparıb. ABŞ lideri bəyan edib ki, Vaşinqton Dəməşqə qarşı onillər ərzində tətbiq olunmuş sanksiyaların ləğvinə başlayacaq. 1 iyulda o, Suriyaya qarşı birtərəfli sanksiya rejiminin ləğvi ilə bağlı fərman imzalayıb.

 

Seçilən
6
6
senzor.az

10Mənbələr