AZ

Suriya lideri ABŞ-yə getdi: Son 58 ildə İLK

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.

Bu barədə Syria TV telekanalı məlumat verib.

Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-a ilk rəsmi səfəridir.

Bildirilir ki, əl-Şaraaya dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.

"Cebheinfo.az"

Seçilən
1
8
cebheinfo.az

10Mənbələr