İsrail Fələstin dövlətçiliyinin tanınmasına qarşı BMT də daxil olmaqla bütün platformalarda mübarizə aparacaq.
Azreform.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu bəyanatı ölkə hökumətinin həftəlik iclası zamanı verib, bu sözləri onun ofisi yayıb.
“İsrail həm BMT-də, həm də bütün digər platformalarda bizə qarşı yönəlmiş böhtan xarakterli təbliğata və Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq. Belə bir dövlət bizim mövcudluğumuzu təhlükə altına qoyacaq və terrorizm üçün absurd mükafat olacaq” – deyə baş nazir bildirib.
Baş nazir həmçinin təsdiqləyib ki, gələn həftənin ortasında ABŞ-a gedəcək, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.
“Mən BMT Baş Assambleyasına yollanacağam, sonra isə dostumuz prezident Tramp ilə görüşəcəyəm. BMT-də mən həqiqəti təqdim edəcəyəm. Bu, İsrailin həqiqətidir, həm də bizim ədalətli, şər qüvvələrinə qarşı mübarizəmizin obyektiv həqiqətidir. Mən həmçinin gücdən qaynaqlanan həqiqi sülh vizyonumuzu da təqdim edəcəyəm,” – deyə o əlavə edib.(apa)