AZ

Netanyahu: İsrail BMT də daxil olmaqla bütün platformalarda mübarizə aparacaq

İsrail Fələstin dövlətçiliyinin tanınmasına qarşı BMT də daxil olmaqla bütün platformalarda mübarizə aparacaq.

APA xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu bəyanatı ölkə hökumətinin həftəlik iclası zamanı verib, bu sözləri onun ofisi yayıb.

“İsrail həm BMT-də, həm də bütün digər platformalarda bizə qarşı yönəlmiş böhtan xarakterli təbliğata və Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq. Belə bir dövlət bizim mövcudluğumuzu təhlükə altına qoyacaq və terrorizm üçün absurd mükafat olacaq” – deyə baş nazir bildirib.

Baş nazir həmçinin təsdiqləyib ki, gələn həftənin ortasında ABŞ-a gedəcək, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.

Seçilən
6
7
demokrat.az

9Mənbələr