Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib.
"Tonqala yaxınlaşıb uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ağrı dağı cavabını verdi. Amma Ağrı dağının Ermənistan Respublikasında yerləşmədiyini belə bilmirlər. Sonra öyrənirlər və təəccüblənirlər - Ağrı dağı Ermənistan Respublikasında deyilmi? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir uşaqlarla söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyini dəqiqləşdirmədən hiddətlə danışıb.
Qeyd edək ki, Ermənistanın viza möhüründən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.
"Cebheinfo.az"