Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir.
"Report"un məlumatına görə, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib.
"Tonqala yaxınlaşıb uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ağrı dağı cavabını verdi. Amma Ağrı dağının Ermənistan Respublikasında yerləşmədiyini belə bilmirlər. Sonra öyrənirlər və təəccüblənirlər - Ağrı dağı Ermənistan Respublikasında deyilmi? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir uşaqlarla söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyini dəqiqləşdirmədən hiddətlə danışıb.
Qeyd edək ki, Ermənistanın viza möhüründən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.