AZ

Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edildi

“Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.

"Ölkə.az" Teleqraf-a istinadən xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.

FİA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.

Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.

O, sıralama turunu 18-ci sırada bitirmişdi.

Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub.

Seçilən
15
6
olke.az

7Mənbələr