AZ

Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edildi - RƏSMİ

BAKI, 20 sentyabr. TELEQRAF

“Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.

FIA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.

Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.

O, sıralama turunu 18-ci sırada bitirmişdi.

Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub.

Seçilən
20
6
teleqraf.com

7Mənbələr