AZ

“Sabah” evdə “Turan Tovuz”a qalib gəldi

Azərbaycan Premyer Liqasının V turunda “Sabah” “Turan Tovuz”u məğlub edib.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Velko Simiç (56) və Pavol Şafranko( 90+7-pen) vurublar. Qərb təmsilçisi 9 xalla dördüncüdür. 7 xalı olan “bayquşlar” isə beşinci sırada qərarlaşıblar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Zirə” isə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.

Seçilən
10
1
msport.az

10Mənbələr