AZ

“Sabah” evdə “Turan Tovuz”u məğlub etdi

Misli Premyer Liqasının V turu çərçivəsində “Sabah” komandası “Turan Tovuz”la üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. Qolları Velko Simiç (56-cı dəqiqə) və Pavol Şafranko (90+7, penalti) vurub.

Bu nəticədən sonra qərb təmsilçisi 9 xalla dördüncü pillədə qərarlaşıb. “Bayquşlar” isə 7 xalla beşinci sırada yer alıblar.

Seçilən
43
8
90deqiqe.az

10Mənbələr