AZ

Keyn “Bavariya”da 17 penalti qolu ilə rekorda imza atdı

Almaniya Bundesliqasında IV turun oyunları davam edir.

90deqiqe.Az-ın məlumatına görə,“Bavariya” səfərdə “Hoffenhaym” üzərində 4:1 hesablı qələbə qazanıb.

Matçda İngiltərə millisinin hücumçusu Harri Keyn üç qol vurub. Onlardan biri penalti zərbəsi ilə olub. Bu qolla Keyn Münhen klubunda ümumi 70-ci qolunu vurub və Bundesliqada yeni rekord müəyyənləşdirib – heç bir səhvə yol vermədən bu qədər penalti qolu vuran ilk oyunçu olub.

Növbəti turda “Bavariya” öz meydanında “Tottenhem”lə qarşılaşacaq.

Seçilən
10
90deqiqe.az

1Mənbələr