Almaniya Bundesliqasında IV turun oyunları davam edir.
90deqiqe.Az-ın məlumatına görə,“Bavariya” səfərdə “Hoffenhaym” üzərində 4:1 hesablı qələbə qazanıb.
Matçda İngiltərə millisinin hücumçusu Harri Keyn üç qol vurub. Onlardan biri penalti zərbəsi ilə olub. Bu qolla Keyn Münhen klubunda ümumi 70-ci qolunu vurub və Bundesliqada yeni rekord müəyyənləşdirib – heç bir səhvə yol vermədən bu qədər penalti qolu vuran ilk oyunçu olub.
Növbəti turda “Bavariya” öz meydanında “Tottenhem”lə qarşılaşacaq.