AZ

Heç bir qüvvə Azərbaycanın suverenliyini və yaratdığı yeni reallıqları təhdid edə bilməz

Bakı. Trend:

Suverenlik hər bir xalq və cəmiyyət üçün ən qiymətlimənəvi sərvətdir. Təsadüfi deyil ki, bəşər tarixi bu sərvətin əldəedilməsi uğrunda aparılan mübarizələrlə doludur. Azərbaycanın xalqıda zəngin suverenlik irsinə malikdir. Müxtəlif tarixin mərhələlərdəazadlığımızın itirilməsinə baxmayaraq, xalqımız heç vaxt özsuverenliyi uğrunda mübarizədən geri çəkilməyib.

Azərbaycan müasir tarixində də suverenliklə bağlı hadisələrçoxdur və bunlardan biri 2023-cü ilin antiterror tədbirlərinəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tamtəmin olunmasıdır.

Məlum olduğu kimi, Azərbaycanın tarixi torpağı olan Qarabağbölgəsi hələ sovet dövlətinin mövcud olduğu ötən əsrin 80-ciillərinin sonlarından erməni separatizminin girovuna çevrilmiş, buərazi üzərində respublikamızın suverenliyi pozulmuşdu. 1991-ci ildəisə Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimimənfur plana uyğun olaraq, erməni separatçıları Qarabağda qondarmarespublikanın yaradıldığını elan etmişdilər. Həmin dövrdən etibarənQarabağ cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət silahalveri və digər qanunsuz fəaliyyət növləri üçün münbit şəraiti olannəzarətsiz zona idi. Qanunların, beynəlxalq hüquq normalarınınişləmədiyi, separatçıların və müharibə canilərinin idarə etdiyi buərazidən torpaqlarımızın işğal altında olduğu illərdə yalnız çirkinməqsədlər üçün istifadə edilirdi. Qədim yurd yerimiz olan Xankəndişəhərini isə separatçılar terror və məkr yuvasına çevirmişdilər.Ona görə ermənilər nə qədər çalışsalar da, nə qədər cəhdlərgöstərsələr də işğal altında saxladıqları dövrdə Qarabağıbeynəlxalq səviyyədə nə erməni torpağı, nə nə sivil ünvan kimitanıtdıra bildilər.

Vətən müharibəsindən sonra isə üçtərəfli Bəyanatın müddəalarınazidd olaraq Qarabağda separatçıların mövcudluqlarını davametdirmələri regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinəçevrilmişdi. Belə ki, separatçılar hərbi təxribatlarla sülhprosesini sabotaj etməyə, kommunikasiyaların açılmasınıəngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlıbütün səyləri heçə endirməyə çalışırdılar. Bu məqsədlə 44 günlükmüharibədən ötən 3 il ərzində qondarma rejimin qeyri-qanunidəstələri dəfələrlə Azərbaycan Ordusunun mövqelərinə və mülkivətəndaşarımıza qarşı çoxsaylı təxribatlar həyata keçirdilər.Həmçinin, ərazilərimizi minalayır, yeni hərbi obyektlər yaradır,Ermənistandan Qarabağa silah-sursat daşıyırdılar.

Suveren dövlətin daxilində qondarma bir rejimin olması tamamiləqəbuledilməzdir. Beynəlxalq hüquq da separatçı rejimlərinmövcudluğunu tanımır. Bu baxımdan Vətən müharibəsində qalib gəlmişAzərbaycan dövləti də öz ərazisində milli suverenliyini pozanseparatçı rejiminin olmasına heç vaxt yol verə bilməzdi. Buqanunsuz fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildəalınacağı ilə bağlı Azərbaycanın xəbərdarlıqları isə separatçırejimin ünsürləri tərəfindən nəinki qulaqardına vurulurdu, həttaonlar respublikamızı təhdid edirdilər.

Hələ 2023-cü il aprelin 23-də Laçın rayonunda Ermənistanla şərtisərhəddə sərhəd-buraxılış məntəqəsinin yaradılması bütünərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasının ilkaddımlarından biri idi. Eyni zamanda bu, hakimiyyətin aliliyinin vənəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsiistiqamətində atılan mühüm addım idi. Buraxılış məntəqəsininqurulması ilə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmışbütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqacür desək, ərazi bütövlüyünü təmin etdi.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, separatçılartərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısınınalınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilahedilərək ərazilərimizdən çıxarılması məqsədilə 2023-cü ilsentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərininnəticəsində isə bütün ərazilərimiz üzərində suverenliyimizin bərpaolunması prosesi uğurla başa çatdırıldı. Beləliklə, 2020-ci ilinVətən müharibəsində torpaqlarımızı işğaldan azad edən cənabPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi iləbu dəfə Qarabağ bölgəsində respublikamızın Konstitusiya quruluşu,hakimiyyətin aliliyi və nəzarət funksiyası şəkildə bərpa olundu.Bununla da Azərbaycan dövləti özünün bütün əraziləri üzərində millisuverenliyini tam təmin etdi. Ona görə bu hadisə Azərbaycanındövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesabedilir.

Böyük qürurla qeyd etməliyik ki, bütün ərazilərimiz üzərindəmilli suverenliyimizin tam təmin olunduğu 20 sentyabr tarixitəqvimə Dövlət Suverenliyi Günü kimi həkk olunub. Prezident İlhamƏliyevin «Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günününtəsis edilməsi haqqında» 19 sentyabr 2024-cü il tarixli sərəncamıilə 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisindəqanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpaedildiyini nəzərə alaraq, sentyabrın 20-si respublikamızda DövlətSuverenliyi Günü kimi qeyd edilir.

Dövlət başçısının bu sərəncamı Azərbaycanın 1991-ci ildəmüstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiyanöqtəsi olan ərazi bütövlüyümüz uğrunda milli mübarizənin rəmziyekununu əks etdirir. Bunun əlamətdar hadisə kimi təqvimdə rəsmiyer alması isə Azərbaycan xalqının öz milli haqqı uğrunda mübarizəaparmasını dünyaya bəyan edir, şərəfli tariximizi gələcəknəsillərimizə ötürür.

Artıq 5 ildir ki, Azərbaycan Respublikası Prezident İlhamƏliyevin müdrik rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub.Bu mərhələnin reallıqları torpaqlarımızın işğaldan azad edilməsi,milli suverenliyimizin tam təmin olunmasıdır. Ən əsası həm də odurki, heç bir qüvvə, heç bir məkrli fəaliyyət Azərbaycanınsuverenliyinə və yaratdığı yeni reallıqlara təhdid doğura bilməz.Dövlət Suverenliyi Günümüz mübarək olsun!

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
39
4
az.trend.az

5Mənbələr