Ağ Ev Konqresdən İsrailə təxminən 6 milyard dollarlıq silah satışını təsdiq etməyi xahiş edir.
Qaziler.az bildirir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
"Tramp administrasiyası İsrailə silah satışı üçün Konqresdən icazə almaq istəyir. İsrailin Qətərdə HƏMAS-a raket zərbələrinə və Qəzza zolağında intensiv hücuma baxmayaraq, bu addım qaçılmazdır", - WSJ məqaləsində deyilir.
“AH-64 Apache” helikopterlərinin tədarükünə 3,9 milyard dollar, piyadaların daşınması üçün 3250 zirehli maşının alınmasına daha 1,9 milyard dollar xərclənəcəyi gözlənilir. Müqavilələrin tamamlanması üçün iki-üç vaxt çəkəcək.
QAZİLER.AZ