AZ

Ağ Ev Konqresdən İsrailə 6 milyard dollarlıq silah satışını təsdiqləməyi xahiş edib

Ağ Ev Konqresdən İsrailə təxminən 6 milyard dollarlıq silah satışını təsdiq etməyini istəyib.

APA xəbər verir ki, bu haqda “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

"Tramp administrasiyası İsrailə silah satışı üçün Konqresdən icazə istəyir. Bu addım İsrailin Qətərdə HƏMAS-a raket hücumuna və Qəzza zolağında gücləndirilmiş hücuma baxmayaraq qaçılmazdır", - məlumatda deyilir.

AH-64 “Apache” helikopterlərinin tədarükünə 3,9 milyard dollar, piyadaların daşınması üçün 3250 zirehli maşının alınmasına isə daha 1,9 milyard dollar xərclənəcəyi gözlənilir. Müqavilələrin tamamlanmasının iki-üç il çəkəcək.

Qeyd edək ki, sentyabrın 18-də ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs, girovların azad edilməsi və humanitar yardıma qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edən qətnamə layihəsinə yenidən veto qoyub.

Təhlükəsizlik Şurasının 10 min üzvü olan iclasda yalnız ABŞ sənədin əleyhinə, digər 14 üzv isə lehinə səs verib.
Seçilən
15
4
sherg.az

8Mənbələr