AZ

İrandan BMT-nin qərarına etiraz

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə (Aİ-3) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün bütün cəhdlərə zərbə vurur.

Hurriyyet.Az xəbər verir ki, XİN-nin bəyanatında deyilir: “Bu gün üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasında əvvəllər ləğv edilmiş Təhlükəsizlik Şurasının qətnamələrinin bərpasına yönəlmiş hərəkətləri qeyri-qanuni, əsassız və təxribat xarakterlidir, davam edən diplomatik proseslərə ciddi zərbə vurur”.

XİN bəyan edib ki, İran BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək cəhdləri də daxil olmaqla, istənilən qeyri-qanuni hərəkətə lazımi cavab vermək hüququnu özündə saxlayır.

Seçilən
6
5
hurriyyet.az

6Mənbələr