AZ

İrandan BMT nin qərarına etiraz

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə (Aİ-3) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün bütün cəhdlərə zərbə vurur.

Teleqraf xəbər verir ki, XİN-nin bəyanatında deyilir: “Bu gün üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasında əvvəllər ləğv edilmiş Təhlükəsizlik Şurasının qətnamələrinin bərpasına yönəlmiş hərəkətləri qeyri-qanuni, əsassız və təxribat xarakterlidir, davam edən diplomatik proseslərə ciddi zərbə vurur”.

XİN bəyan edib ki, İran BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək cəhdləri də daxil olmaqla, istənilən qeyri-qanuni hərəkətə lazımi cavab vermək hüququnu özündə saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
5
sherg.az

6Mənbələr