Gəncə şəhərinə bir neçə gündür yağan yağışlar bəzi problemlərə yol açıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusən Məhsəti qəsəbəsində sel suları evlərə dolub, həyətyani sahələrə ziyan vurub.
Hazırda sakinlər aidiyyəti qurumların əraziyə cəlb olunmasını gözləyirlər.
Gəncədə yağışlı hava şəraiti davam edir.