Gəncə şəhərinə bir neçə gündür yağan yağışlar bəzi problemlərə yol açıb.
Moderator.az xəbər verir ki, Məhsəti qəsəbəsində sel suları evlərə dolub, həyətyani sahələrə ziyan vurub.
Hazırda sakinlər aidiatlı qurumların əraziyə cəlb olunmasını gözləyirlər.
Gəncədə yağışlı hava şəraiti davam edir.