AZ

Berlində bu səbəbdən 10 minə yaxın insan təxliyə edilib

Almaniyanın paytaxtı Berlində İkinci dünya müharibəsinə aid iki bomba aşkarlanıb. Onlardan birinin utilizasiyasına hazırlıq işləri görülür.

Bu barədə Trend Almaniya KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, bombalardan biri turistlər arasında populyar olan balıqçı adasının yaxınlığından axan Şprey çayında tikinti işlərinin aparıldığı vaxt üzə çıxıb. Tapıntıdan sonra sözügedən çayda gəmilərin hərəkəti dayandırılıb.

Yerli polisin bildirdiyinə görə, yaxın çevrədə olan 10 minə yaxın insan təhlükəsizlik məqsədilə təxliyə edilib.

İkinci bomba isə Mitte rayonunda aşkarlanıb. İkinci bombanın zərərsizləşdirilməsi əməliyyatı üçün isə Şpandau dairəsinin 12,4 minə yaxın sakinin təxliyə ediləcəyi bildirilir.
Seçilən
3
2
sherg.az

3Mənbələr