AZ

Berlində bu səbəbdən 10 minə yaxın insan təxliyə edilib

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində İkinci dünya müharibəsinə aid ikibomba aşkarlanıb. Onlardan birinin utilizasiyasına hazırlıq işlərigörülür.

Bu barədə TrendAlmaniya KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, bombalardan biri turistlər arasında populyarolan balıqçı adasının yaxınlığından axan Şprey çayında tikintiişlərinin aparıldığı vaxt üzə çıxıb. Tapıntıdan sonra sözügedənçayda gəmilərin hərəkəti dayandırılıb.

Yerli polisin bildirdiyinə görə, yaxın çevrədə olan 10 minəyaxın insan təhlükəsizlik məqsədilə təxliyə edilib.

İkinci bomba isə Mitte rayonunda aşkarlanıb. İkinci bombanınzərərsizləşdirilməsi əməliyyatı üçün isə Şpandau dairəsinin 12,4minə yaxın sakinin təxliyə ediləcəyi bildirilir.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr