AZ

20 sentyabr – Dövlət Suverenliyi Günü milli birliyimizin rəmzi kimi qeyd olunur – Deputat

Bakı. Trend:

20 sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycandövlətçiliyinin tarixində son dərəcə mühüm hadisədir və xüsusiəhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Müzəffər Ali BaşKomandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamıilə təsis olunan bu gün hər il dövlətimizin müstəqilliyinin, ərazibütövlüyünün və milli birliyimizin rəmzi kimi qeyd olunur.

Bu tarixi gün, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasıilə başlanan, onilliklər boyu davam edən çətin və şərəflimübarizənin məntiqi sonu, dövlətimizin tam suverenliyinin təminolunması ilə yadda qalıb.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Dövlət Suverenliyi Gününün rəsmi olaraqtəqvimdə yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsindəqazanılan möhtəşəm Qələbənin, 2023-cü ildə həyata keçirilən uğurluantiterror tədbirlərinin və XXI əsrdə Azərbaycanın dövlətmüstəqilliyinin möhkəmləndirilməsinin önəmini bir dahatəsdiqləyir.

“Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlıqüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı Azərbaycandövləti antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqədavam edən bu əməliyyat nəticəsində Müzəffər Azərbaycan Ordusuqarşısına qoyulan bütün vəzifələri yüksək dəqiqlik və peşəkarlıqlaicra etdi. Ermənistanın bütün xəbərdarlıqlara baxmayaraq,təxribatçı fəaliyyətini davam etdirməsi bu əməliyyatları zərurətəçevirdi. Halbuki İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərdənsonra imzalanmış kapitulyasiya aktına əsasən, Azərbaycanınərazisində heç bir erməni silahlı birləşmələri qalmamalı idi”.

O əlavə edib ki, buna baxmayaraq, Qarabağ bölgəsində 10 mindənartıq erməni hərbçisi və qeyri-qanuni silahlı dəstə mövcud idi:

“Azərbaycanın qətiyyətli addımı nəticəsində həmin qüvvələrzərərsizləşdirildi, üçtərəfli bəyanatın tələbləri tam icra olundu,konstitusiya quruluşumuz bərpa edildi.

Bu əməliyyatların nəticəsində qondarma separatçı rejim öznüburaxdığını elan etdi və bununla da Azərbaycanın bütün ərazilərindədövlət suverenliyi bərqərar olundu. Artıq bu gün Azərbaycanın hərguşəsində, hər bir şəhər və kəndində üçrəngli bayrağımız əzəmətlədalğalanır. Bu hadisə dövlətçiliyimizin möhkəmlənməsi, millibirliyimizin güclənməsi və gələcək nəsillərə suveren bir Azərbaycanmiras qoyulması baxımından əvəzsiz tarixi mərhələdir”.

Seçilən
14
1
az.trend.az

3Mənbələr