Bakı. TurkicWorld:
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir.
Bu barədə TurkicWorld-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhəri üzrə 14740 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030 (onlardan orta məktəb şagirdləri - 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailə üzvləri ilə birgə) 1500 nəfərdir.
Ağdərə rayonu üzrə 1773 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfər, Xocalı rayonu üzrə isə dövlət və özəl qurumlar üzrə çalışanların ailə üzvləri ilə bir yerdə 2170 nəfərdir.