AZ

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında ümumilikdə məskunlaşan əhalinin sayı açıqlanıb

Bakı. Trend:

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında ümumilikdə18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri üzrə 14740 nəfər, o cümlədən dövlətvə özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030(onlardan orta məktəb şagirdləri - 1036 nəfər), QarabağUniversiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailəüzvləri ilə birgə) 1500 nəfərdir.

Ağdərə rayonu üzrə 1773 nəfər, o cümlədən dövlət və özəlqurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərindəgələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfər,Xocalı rayonu üzrə isə dövlət və özəl qurumlar üzrə çalışanlarınailə üzvləri ilə bir yerdə 2170 nəfərdir.

Məqalədə:
Seçilən
23
5
az.trend.az

6Mənbələr