Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dünya çempionu Xuan Mata klubunu dəyişib.İspaniya millisinin sabiq üzvü “Uestern Sidney Uonderers”dən Avstraliya çempionatında mübarizə aparan digər komandaya - “Melburn Viktori”yə keçib. Bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb.Mata “Real”in yetirməsidi. O, karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi”, “Qalatasaray” və “Vissel Kobe”də çıxış edib. 37 yaşlı yarımmüdafiəçi 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.