Dünya çempionu Xuan Mata klubunu dəyişib.
İspaniya millisinin sabiq üzvü “Uestern Sidney Uonderers”dən Avstraliya çempionatında mübarizə aparan digər komandaya - “Melburn Viktori”yə keçib. Bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Mata “Real”in yetirməsidi. O, karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi”, “Qalatasaray” və “Vissel Kobe”də çıxış edib. 37 yaşlı yarımmüdafiəçi 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta