AZ

Buxarestdə “Heydər Əliyev” xiyabanı yenidən qurulacaq - FOTO

Musavat.com xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestin 2-ci Sektor Yerli Şurası xüsusi qərar qəbul edib. Qərara əsasən, Parcul Tei parkında yerləşən “Heydər Əliyev” xiyabanında genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılacaq.

Layihə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyi ilə həyata keçiriləcək. İcra olunacaq işlər çərçivəsində xiyabanın infrastrukturunun yenilənməsi, yaşıllıqların qorunması və ictimai istirahət məkanlarının müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.

hy15.jpg

Qərarda qeyd olunub ki, işlərin maliyyələşdirilməsi sponsorlardan təmin ediləcək. Müvəqqəti olaraq ərazi podratçı şirkətə təhvil veriləcək, işlərin başa çatmasından sonra isə yenidən bələdiyyəyə qaytarılacaq.

Sənədi 2-ci Sektorun başçısı Rareş Hopincă və Baş Katib Elena Ispas imzalayıb. Qərar yaxın günlərdə Buxarest Bələdiyyəsinin Rəsmi Monitorunda dərc olunacaq.

Musavat.com bildirir ki, Ümummilli lider Heydər Əliyevin bürünc büstünun müəllifi Rəssamlıq Akademiyasının rektoru, AR Moldova Respublikasındakı Səfirliyin önündə yaradılan Zəfər bağçasında 2023-cü ildə quraşdırılmış abidənin müəllifi olan heykəltəraş Natiq Əliyevdir.

Musavat.com

https://public.ps2.ro/

 

Seçilən
44
6
musavat.com

8Mənbələr