AZ

Buxarestdə “Heydər Əliyev” xiyabanı yenidən qurulacaq - FOTO

BAKI, 17 sentyabr. TELEQRAF

Rumıniyanın paytaxtı Buxarestin 2-ci Sektor Yerli Şurası xüsusi qərar qəbul edib.

Teleqraf xəbər verir ki, qərara əsasən, Parcul Tei parkında yerləşən “Heydər Əliyev” xiyabanında genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılacaq.

Layihə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyi ilə həyata keçiriləcək. İcra olunacaq işlər çərçivəsində xiyabanın infrastrukturunun yenilənməsi, yaşıllıqların qorunması və ictimai istirahət məkanlarının müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.

Qərarda qeyd olunub ki, işlərin maliyyələşdirilməsi sponsorlardan təmin ediləcək. Müvəqqəti olaraq ərazi podratçı şirkətə təhvil veriləcək, işlərin başa çatmasından sonra isə yenidən bələdiyyəyə qaytarılacaq.

Sənədi 2-ci Sektorun başçısı Rareş Hopincă və Baş Katib Elena Ispas imzalayıb. Qərar Buxarest Bələdiyyəsinin Rəsmi Monitorunda dərc olunub.

Musavat.com bildirir ki, Ümummilli lider Heydər Əliyevin bürünc büstünun müəllifi Rəssamlıq Akademiyasının rektoru, AR Moldova Respublikasındakı Səfirliyin önündə yaradılan Zəfər bağçasında 2023-cü ildə quraşdırılmış abidənin müəllifi olan heykəltəraş Natiq Əliyevdir.

Seçilən
31
6
teleqraf.com

8Mənbələr