AZ

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev mükafatlandırıldı

“Fortuna Media MMC”-nin təsis etdiyi və hər il bir dəfə sorğu əsasında öz fəaliyyət sahəsində aktiv eləcə də uğurlu fəaliyyəti olan şəxslərin mükafatlandırılması davam edir.Missiya.Az xəbər verir ki teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev  “Simurq 2025 Awards Azerbaijan” mükafatına layiq görülüb. O,bu mükafata 2025-ci il ərzində dövrü mətbuatda nəşr olunan məqalə, ressenziya, oçerk və müsahibələrinə həmçinin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” kitabına görə təltif edilib.Qeyd edək ki, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bundan öncə də “Simurq 2021 Awards Azerbaijan” və “Simurq 2023 Awards Azerbaijan” mükafatlarına da layiq görülüb.Bu il  “Simurq 2025 Awards Azerbaijan”  mükafatının təqdimat mərasimi 2025-ci il noyabr ayının ilk ongünlüyünə planlaşdırılır.Sözügedən mükafat “Fortuna Media MMC” təeəfindən təsis olunub.

Seçilən
6
4
missiya.az

5Mənbələr