“Fortuna Media MMC”-nin təsis etdiyi və hər il bir dəfə sorğu əsasında öz fəaliyyət sahəsində aktiv eləcə də uğurlu fəaliyyəti olan şəxslərin mükafatlandırılması davam edir.
Məhz bu məqsədlə təşkilat komitəsinin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev “Simurq 2025 Awards Azerbaijan” mükafatına layiq görülüb. O, məhz bu mükafata 2025-ci il ərzində dövrü mətbuatda nəşr olunan məqalə, ressenziya, oçerk və müsahibələrinə həmçinin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” kitabına görə təltif edilib.
Qeyd edək ki, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bundan öncə də “Simurq 2021 Awards Azerbaijan” və “Simurq 2023 Awards Azerbaijan” mükafatlarına da layiq görülmüşdür. Xatırladaq ki, Anar Ərtoğrul Burcəliyev dövrü mətbuatda 450-dən artıq məqalə, ressenziya, ocerk və müsahibələrin eləcə də 22 kitabın müəllifidir.
Bu il isə “Simurq 2025 Awards Azerbaijan” mükafatının təqdimat mərasimi 2025-ci il noyabr ayının ilk ongünlüyünə planlaşdırılır.
Anar Məhəmməd oğlu Burcəliyev,
teatrşünas-tənqidçi