Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bloger Nicat Şakirlinin (Nikosayagi) səhifəsində uzun müddət sonra paylaşım edilib.
Bakupost.az Olay.az-a istinadla xəbər verir ki, onun hesabında hekayə bölməsində “Əziz dostum” mahnısı paylaşılıb. Blogerin təsirli paylaşımı sosial şəbəkələrdə diqqət çəkib.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Nicat səhifəsinin idarəsini qardaşı Nihat Mütəllimov və bloger Zaur İskəndərova əmanət etdiyini yazmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.