AZ

“Nikosayağı”ndan uzun zaman sonra ilk paylaşım

Bloger Nicat Şakirlinin (Nikosayagi) səhifəsində uzun müddət sonra paylaşım edilib.

OLAY yazır ki, onun hesabında hekayə bölməsində “Əziz dostum” mahnısı paylaşılıb.  Blogerin təsirli paylaşımı sosial şəbəkələrdə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Nicat səhifəsinin idarəsini qardaşı Nihat Mütəllimov və bloger Zaur İskəndərova əmanət etdiyini yazmışdı.

Seçilən
16
4
olay.az

7Mənbələr