AZ

İsrail ordusundan təxliyə xəbərdarlığı: Yəməndə husilərin nəzarətində olan limanı vuracaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail ordusunun nümayəndəsi Avixay Edri Qırmızı dəniz sahilində yerləşən və üsyançı "Ənsar Allah" hərəkatının (husilərin) nəzarətində olan Yəmənin Hodeyda limanından təcili təxliyəyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avixay Edri öz "X" səhifəsində paylaşım edib.

O, paylaşımda təhlükəli ərazinin qırmızı rənglə işarələndiyi limanın peyk şəklini dərc edib.

İsrail ordusunun daha əvvəl Qəzza zolağı, Livan və Yəmən sakinlərinə etdiyi bu cür xəbərdarlıqlardan sonra göstərilən ərazilər hava hücumlarına məruz qalıb.

"Yəmənin Hodeyda limanında olan hər kəsə təcili xəbərdarlıq. İsrail ordusu husi terror rejiminin hərbi əməliyyatları səbəbi ilə yaxın saatlarda xəritədə qeyd olunan əraziyə hücum edəcək. Təhlükəsizliyiniz üçün Hodeyda limanında və orada dayanmış gəmilərdə olan hər kəsi dərhal təxliyə olunmağa çağırırıq", - deyə o yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
25
oxu.az

10Mənbələr