İsrail ordusunun sözçüsü Avichai Edri üsyançı hərəkat Ənsar Allah tərəfindən husilərin nəzarətində olan Qırmızı dəniz sahilində yerləşən Yəmənin Hodeyda limanından təcili təxliyə çağırışı edib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Edrinin X səhifəsində təhlükəli ərazini qırmızı rənglə göstərən limanın peyk şəkli dərc edilib. İsrail ordusunun daha əvvəl Qəzza zolağı, Livan və Yəmən sakinlərinə etdiyi bu cür xəbərdarlıqlardan sonra mesajlarda qeyd olunan ərazilər hava hücumlarına məruz qalıb.
“Yəmənin Hodeydə limanında hər kəsə təcili xəbərdarlıq. İsrail ordusu Husi terror rejiminin hərbi əməliyyatları səbəbilə yaxın saatlarda xəritədə qeyd olunan əraziyə hücum edəcək. Təhlükəsizliyiniz üçün Hodeydə limanında və oraya yanaşmış gəmilərdə olan hər kəsi dərhal təxliyə etməyə çağırırıq”, – o yazıb.