AZ

NAZİRDƏN QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR - "Keyfiyyətli təhsil ucuz başa gələ bilməz...O məktəblər ya bağlanacaq..."

“Bəzi diplomlarbəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir”

“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: O diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”

"AzPolitika" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur: “Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.

Təhsil naziri Emin Əmrullayev keyfiyyətli təhsil üçün insanların daha çox pul ödəməli olduqları fikrindədir. 

"İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500–3000 manat arasında dəyişir" - deyə o, qeyd edib.

Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz: "Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır".

Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib: "Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı".

"Bizim əsas məqsədimiz də budur: təhsilə qoyulan investisiya insan kapitalının inkişafını təmin etsin və gələcəkdə ölkənin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına xidmət etsin", - E.Əmrullayev deyib.

Emin Əmrullayev yenə şagird sayı az olan kəndlərdə məktəblərin bağlanacağınıl bəyan edinb.

“Az komplektləşdirilmiş, şagird sayı az olan məktəbləri qonşu kəndlərə daşımaqla təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq” -deyə, o, bildirib

Nazir hazırda ölkədə fəaliyyət göstərən məcburi köçkün məktəbləri haqqında da danışıb: “Növbəti illərdə Böyük Qayıdış proqramı çərçivəsində torpaqlarına qayıdan məcburi köçkünlər üçün 2 eyni məktəb fəaliyyət göstərə bilməz. Artıq torpaqlarımız işğaldan azad olunduğuna görə təbii ki Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmamalıdır. Həmin məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək”.

"AzPolitika. info"

Seçilən
29
16
hurriyyet.az

10Mənbələr