"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.
Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz:
"Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır".
Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib:
"Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı".
10Mənbələr
-
pravda.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21379261)
-
hurriyyet.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378913)
-
ictimairey.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378772)
-
far.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378379)
-
banker.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378358)
-
poliqon.infoNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378346)
-
demokrat.azNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378118)
-
hakimiyyet.az"Keyfiyyətli təhsil ucuz başa gələ bilməz" - Nazir ( 21378073)
-
paralel.az"Keyfiyyətli təhsil ucuz başa gələ bilməz" - Nazir ( 21378037)
-
musavat.comNazir: Keyfiyyətli təhsil ucuz başa gələ bilməz ( 21378070)