1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ABŞ avropalı müttəfiqlərinin oxşar addımları olmadan Pekinin Rusiya neftini almasına cavab olaraq Çin məhsullarına qarşı rüsumlar tətbiq etməyəcək".
Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" və "Bloomberg" agentliklərinə müsahibəsində deyib.
"Biz avropalıların indi öz töhfələrini verəcəklərini gözləyirik və avropalılarsız hərəkət etməyəcəyik", - deyə o, tariflərin tətbiqi mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.