AZ

ABŞ İranın nüvə silahını ləğv etməkdə israrlıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri ləğv etməlidir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar iclasında çıxışı zamanı ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) qarşı şəffaflıq göstərməməsi və onun nüvə eskalasiyası qəbuledilməzdir", - deyə o vurğulayıb.
Rayt qeyd edib ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliyə tam əməkdaşlıq etməlidir. O, həmçinin bildirib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.
Seçilən
65
50
oxu.az

10Mənbələr