AZ

“Şəki” son 10 mövsümün rekorduna imza atdı

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki” komandası son 10 mövsümün rekorduna imza atıb.

Arena.az xəbər verir ki, İkinci Liqanın 2025/2026-cı illər mövsümünün 2-ci turunda “Araz Saatlı”nın qonağı olan Şəki təmsilçisi meydan sahiblərinin qapısından 12 cavabsız top keçirib.

Olkəmiqyaslı yarışlarda bir komandanın 12 qol vurması və 12 top fərqi ilə qalib gəlməsi son 10 mövsümdə ilk dəfə yaşanıb. Sonuncu belə matç 2015/2016-cı illər mövsümündə baş tutub. 2015-ci il sentyabrın 11-də “Energetik”in qonağı olmuş “Neftçala” səfərdə 12:0 hesablı qələbə qazanıb.

“Şəki” çempionat və kubokun PFL bayrağı altında keçirildiyi dövrdə ən böyükhesablı qələbə qazanmış və bir matçda ən çox qol vurmuş “Neftçala”nın bu rekordlarını təkrarlayıb. 2008/2009-cu illər mövsümündən başlayan dövrdə 12 və ya daha çox top vuran və belə fərqlə qalib gələn başqa komanda olmayıb.

Saatlıdakı qarşılaşma həm də İkinci Liqanın XXI əsrdə keçirilmiş oyunları üçün mütləq rekorddur. Uzun fasilədən sonra bərpa olunmuş və ardıcıl 3-cü dəfə keçirilən İkinci Liqada bunadək ən böyük hesab 10:0 olub. 2024/2025-ci illər mövsümündə “Araz Saatlı”nın qonağı olmuş “Şəfa” meydan sahiblərinin qapısından 10 cavabsız top keçirib.

error: Məzmun qorunur!
Seçilən
7
2
arena.az

2Mənbələr