Musavat.com bildirir ki, məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Ermənistanın əmək və sosial işlər naziri Arsen Torosyan özünün "Facebook" səhifəsində bu barədə bildirib:
"İlk növbədə qeyd etmək istəyirəm ki, dünyanın bir çox ölkəsində artıq pasportlara möhür vurulmur. Biz qonşu Gürcüstanla sərhədi də möhürsüz keçə bilirik, çünki bu, yalnız elektron sistemdə qeydə alınır.
Yeni möhürlərlə bağlı yayılan informasiyaya gəlincə, artıq həmin möhürlərdə heç bir şəkil və ya təsvir - o cümlədən Ağrıdağın təsviri olmayacaq. Dünyanın bir çox ölkəsində olduğu kimi, bizim sərhəd möhürlərimiz də sadələşdiriləcək. Yeni möhürlər daha kiçik ölçüdə olacaq və nəticədə pasportlar çoxsaylı səfərlər üçün daha uzun müddət yararlı qalacaq.
Qərarın mahiyyəti çox aydındır: bu dəyişiklik həm texniki baxımdan müasir tələblərə cavab verir, həm də "real Ermənistan" ideologiyası ilə uzlaşır".