AZ

Ermənistan möhürlərindən Ağrıdağın simvolunu niyə “yoxa çıxardı?”

Xəbər verdiyimiz kimi, Ermənistan Nazirlər Kabineti noyabr ayının 1-dən ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrıdağın təsvirini çıxarmaq haqqında qərar qəbul edib.

Musavat.com bildirir ki, məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.

ARSEN.jpeg

Ermənistanın əmək və sosial işlər naziri Arsen Torosyan özünün “Facebook” səhifəsində bu barədə bildirib:

“İlk növbədə qeyd etmək istəyirəm ki, dünyanın bir çox ölkəsində artıq pasportlara möhür vurulmur. Biz qonşu Gürcüstanla sərhədi də möhürsüz keçə bilirik, çünki bu, yalnız elektron sistemdə qeydə alınır.

Yeni möhürlərlə bağlı yayılan informasiyaya gəlincə, artıq həmin möhürlərdə heç bir şəkil və ya təsvir – o cümlədən Ağrıdağın təsviri olmayacaq. Dünyanın bir çox ölkəsində olduğu kimi, bizim sərhəd möhürlərimiz də sadələşdiriləcək. Yeni möhürlər daha kiçik ölçüdə olacaq və nəticədə pasportlar çoxsaylı səfərlər üçün daha uzun müddət yararlı qalacaq.

Qərarın mahiyyəti çox aydındır: bu dəyişiklik həm texniki baxımdan müasir tələblərə cavab verir, həm də “real Ermənistan” ideologiyası ilə uzlaşır”.

Xalidə Gəray
Musavat.com

Seçilən
21
1
musavat.com

2Mənbələr