AZ

Tramp Avropaya görün hansı şərti qoyub?

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün Avropa İttifaqı (Aİ) qarşısında çox çətin şərtlər qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə dünən Tramp "Truth Sosial" platformasında yazıb.

Onun sözlərinə görə, əgər bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır.

Bundan əlavə, o, Aİ-ni Çin mallarına kollektiv şəkildə 50-100% rüsum tətbiq etməyə çağırıb.

Bizim.Media

Seçilən
3
3
bizim.media

7Mənbələr