ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün Avropa İttifaqı (Aİ) qarşısında çox çətin şərtlər qoyub.
Milli.Az bu barədə oxu.az-a istinadla xəbər verir.
Dünən Tramp "Truth Sosial" platformasında yazmışdı ki, əgər bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Bundan əlavə, o, Aİ-ni Çin mallarına kollektiv şəkildə 50-100% rüsum tətbiq etməyə çağırıb.
"Tramp və onun müşavirlərinə məlumdur ki, bu şərt demək olar ki, yerinə yetirilməyəcək", - deyə qəzetin materialında bildirilir.
Nəşrin müəllifi xatırladır ki, Rusiyadan neftin iki ən böyük alıcısı ABŞ prezidentinin "heyran qaldığı" Macarıstan və Türkiyədir:
"Əksər digər Avropa ölkələri Rusiya yanacağının idxalını əhəmiyyətli dərəcədə azaldıblar. Lakin onların bəziləri Rusiyadan tədarük edilən qazdan asılıdırlar".
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.