O, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.
Berbokun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi üçün BMT-yə üzv ölkələrin əksəriyyətinin dəstəyi lazımdır. O, davamlı sülhün təmin edilməsi üçün xarici kontingentin zəruri olduğunu vurğulayıb.
"Sülh müqaviləsi bağlanarsa, o, maksimum dərəcədə qorunmalıdır. Əgər üzv dövlətlərin əksəriyyəti bunun üçün chr("39")mavi dəbilqəlilərəchr("39") (BMT sülhməramlı qüvvələri - red.) ehtiyac olduğunu düşünərsə, bu, uzunmüddətli sülhün təmin olunmasına kömək edəcək. Hər şeydən əvvəl, sülh danışıqlarının aparılması lazımdır", - Berbok əlavə edib.
O, hazırda belə sülhməramlı missiyaların təkcə Avropa qitəsində deyil, bütün dünyada hər zamankından daha vacib olduğunu qeyd edib.